İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədər ehsan süfrəsi açılıb.

Mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və təşkilat rəhbərləri, dini icma təmsilçiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə dünya şöhrətli dahi siyasətçinin, eləcə də şəhidlərimizin hər zaman əziz tutulan ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov Ulu öndərin həyatı və çoxsahəli əmək fəaliyyəti ilə bağlı ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin zəngin və mənalı ömür yolundan danışıblar.

Mərasimdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub.

 

Bir yanıt yazın