İsmayıllı rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş esse müsabiqəsi keçirilib.

Bu tədbir 9 dekabr 2024- cü il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində baş tutub.  Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayon Təhsil Sektoru, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə mövzusu “Sən elə bir zirvəsən” adlandırılıb. Müsabiqənin qalibləri müəyyən edildikdən sonra təşkilatçılar tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bir yanıt yazın