Böyük Qələbə sevincini yaşadığımız anlarda fikirlərimi mənsur şeir formasında dilə gətirmişdim. “İsmayıllı xəbərləri”nə göndərmədim. Bu günlər qovluqdakı yazıları araşdıranda əlyazmanı tapdım. Belə fikirlərin heç zaman gec olmadığını düşünüb, qəzetə ünvanladım.

Ali əmr verdi  Ali komandan: düşmənin ömrünə salınsın talan, diz üstə gətirsin məsləki yalan, mənliyi axta, məramı saxta, ürəyi taxta, kürsüsündə laxlayan, itdən də peşiman, gözlərini örtən qan, özü öz evini yıxan, qeyrətin, namusun (varsa) paylaşan, döyüşdə batan, xalqına atan, onu hərraca qoyub satan, marıqda yatan, adı paşinyan, dronlarımızdan yanan.

Əmr icra olunur, torpaq geri alınır. Ali Baş Komandan – Millət vəhdəti arzuları çin edir, şanlı igidlərimiz Qələbə zirvəsinə inamla gedir, onların önündə düşmən heçə dönür, çırağı dönmədən sönür. Qalib  ordumuz düşmənləri torpağa gömür. Donuzyan aman istərdi, amma buna imkan yox, Gəncə, Bərdə, Gornaboy, Tərtər, Ağdam, Naftalan “qisas” deyə hayqırır. Qisas yaman alınır, düşmənin bağrında tonqal qalanır.

Dəli paşiki salıb ortalığa dostları, tapşırıblar alçağa çox vacib postları. Baş nazirdi, başı yox nadan oğlu nadanın. Şuşamızda dəmləşib söyləmişdi tostları. Məğlub olmaq aktına qol çəkmirdi heyvərə.

Zərblə endi dəmir yumruq yaramazın başına, kimsə məhəl qoymadı göz yaşına. Son zərbə endirildi boş başına. Payımıza düşdü Zəfər – Qələbə, şəhidlərimizin ruhuna, qazilərin canına dualar edərək yaşayırıq yeni növrağımızı. Milli haqqımızdır Qələbə sevinci, Zəfər şadlığı.

Yazının sonunda iki bənd də vardı. Diqqətinizə çatdırıram.

Yetdin haqqın dərgahına müqəddəslər məqamında

Səni sevən insanlar da fikrən, ruhən yanında.

Candan artıq sən sevirdin vətənini, xalqını,

Onunçün də getdin onu qorumağa anında.

 

Atan səni böyütmüşdü el-obaya gərəkli,

Zəngin idin, dolğun idin, hamımızçün dəyərli.

Arzuların – istəklərin sonsuz idi, hüdudsuz,

Hamısından üstün tutdun Odlar yurdu – Vətəni.

Valeh Salehov

 

Bir yanıt yazın