5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan uşaqlarının VI Ümumrespublika Forumunda İsmayıllı rayonunu təmsil edəcək uşaqlara Rayon İcra Hakimiyyəti tərəfindən iştirakçı vərəqələri təqdim edilib.

Forumda rayonumuzu A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Hüseynli Mələk Faiq qızı, Lahıc qəsəbə tam orta məktəbin XI sinif şagirdi Ağabalayeva Leyla Samir qızı, Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi Abbasova Zeynəb Faiq qızı təmsil edəcəklər.

 

 

 

 

Bir yanıt yazın