İsmayıllı Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulunu RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Eyyub Musayev keçirib.

E.Musayev rayonun əlaqədar müəssisə və xidməti  idarə məsullarının iştirakı ilə sakinləri qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qəbula gələnlərin müraciət və təkliflərini dinləyib.

Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb.

Məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması vaxt tələb edən digər məsələlərin həlli aidiyyəti şəxslərə tapşırılıb. Onlara həmçinin sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmanın vacib olduğu bildirilib.

 

Bir yanıt yazın