Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 17 aprel 3-29/3-2-195F/2024 saylı məktubunun icrası ilə əlaqədar İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2024-cü ildə görüləcək işlər haqqında iş planına uyğun olaraq 10 oktyabr 2024-cü il tarixində təmizlik aksiyası keçirilib. Rayon ərazisinin müəyyən hissəsində səkilər tullantılardan təmizlənib.

