İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbində Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı təhsil sektorunun və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, İsmayıllı İntelektual Oyunlar Klubunun dəstəyi ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Əbədi və sarsılmaz müstəqilliyimiz” adlı “Nə? Harada? Nə zaman?” intellektual müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün qeyd edilməsi, vətənpərvərlik hissini yüksəltmək, həmçinin Azərbaycan tarixinin təbliği, istedadlı şagirdlərin öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də intellektual səviyyələrinin artırılması olub.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müsabiqənin nəticələrinə əsasən I yeri İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin “Zəfər” komandası, II yeri İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin “Təfəkkür” komandası, III yeri isə İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin “Sən həmişə bizimləsən” komandası qazanıb.
Yekunda qalib komandalar təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılıblar.
Ü.Zeynalova

