3 oktyabr 2024-cü il tarixində İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Uşaq şöbəsində Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Yarpaqlar oxuyur” adlı şeir müsabiqəsinin yekununa həsr edilmiş tədbir keçirilib.

İsmayıllı rayon MSK-nin elan etdiyi “Yarpaqlar oxuyur” adlı onlayn şeir müsabiqəsinin qiraətçi qalibləri bacarıq və istedadlarına uyğun müvafiq yerləri tutublar.  Birinci yerin yerin qalibi  Cavid Ələkbərov olub. İkinci yeri qazanmaq Ramal Mustafazadənin payına düşüb. Nuray Həsənova isə üçüncü yerə sahiblik edib.  Üç qalib və digər müsabiqə iştirakçıları Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi tərəfindən Fəxri fərman, Təşəkkürnamə,  eləcə də hədiyyələrlə təltif ediliblər.

Qalibləri və bütün iştirakçıları bir daha təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.

 “İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın