21 oktyabr 2024-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru dosent Kəmalə Süleymanlı, rayonun Keyvəndi kəndində yerləşən “Azza Agro” MMC heyvandarlıq kompleksindən dəvət olunmuş aparıcı baytar həkim Tural Məmmədzadə, aparıcı zootexnik İlyas Feyzullayev heyvandarlıq fənləri üzrə fənn birləşmə sədri Balaxatun Qəribova, fənn müəllimləri – baytarlıq və zootexniklik ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə adı çəkilən təhsil ocağında “Heyvandarlığın inkişafı” mövzüsunda seminar keçirilib.

Tədbirdə müasir heyvandarlıq komplekslərində heyvanların yemləndirilməsi, bəslənməsi, saxlanılması, heyvanların baş sayının və məhsuldarlığın artırılması istiqamətində görüləsi işlər haqqında tələbələr barədə geniş məlumat verilib.

Tələbələri maraqlandıran suallar cavablandırılıb. Kollecin direktoru K.Süleymanlı dəvəti qəbul edib, tələbələrlə görüşə gəldiklərinə görə mqonaqlara müəllim və tələbə kollektivi adından təşəkkürünü bildirdi.

K.Boyaqçızadə

 

 

Bir yanıt yazın