Qarayeva Tamam Ağasoltan qızı 1967-ci ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində anadan olub. “Cavanşir yurdu”, “Girdiman”, “İsmayıllı xəbərləri”, bir sıra digər qəzet və jurnallarda şeirləri dərc olunub. “Üzüyümün qaşı düşüb” adlı şeirlər kitabının müəllifidir.  “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvüdür.

 

Azərbaycanın

 

Olmayıbdı geridə, dalda qalması, olub

Tutması irəlini,  önü Azərbaycanın!

Vaxta, zamana sığmaz işə qol çəkdiyindən,

Keçib şadyanalıqla günü Azərbaycanın!

 

Qələbədi, zəfərdi, sevməyir məğlubiyyət,

Dinli, imanlı olmaq,  tövsiyyəsi hidayət.

Hara çağırılıbdısa, hardan alıbsa dəvət,

Saflıq olubdu səmti, yönü Azərbaycanın!

 

Hünərindən, işimdən kimsələr deyə, yaza,

Dərinliyə vuram baş, yol getməyəm dayaza.

Bərk, möhkəm möhür vurub,  qoymaqla üstə imza,

Azəri etməsi var məni Azərbaycanın!

 

Şəhid

 

Deyilmir həyatda yoxdu, deyilir,

Qazanıb ölməzlik, yaşayır şəhid.

Tərcümeyi-halı sığmır tarixə,

Özüylə fəxri ad daşıyır şəhid.

 

Düşmən sinəsiyçün sipər, yay yeri,

Olur fərəh yeri, olmur vay yeri.

Gecədən sübhəcən verir Ay yeri,

Dönüb ulduzlara, sayrışır şəhid.

 

Qeyrətdi, vicdandı, ardı yarağı,

Sıxıb sinəsinə, qucub bayrağı.

Vətəni, anası bilib torpağı,

Torpağa necə də yaraşır şəhid.

 

Çağırırsan haya, haraya gəlmir,

Kimsəyə baxma ki, danışa bilmir.

Qoymur dil-boğaza, beləsi ölmür,

Deyir igidlikdən, danışır şəhid.

 

Toya, bayramlara getməsi üçün,

Torpağa, Vətənə yetməsi üçün,

Gül olub qəlblərdə bitməsi üçün,

Gülə, çiçəklərə qarışır şəhid.

 

 

 

 

 

Dağlar

 

Sizdən gen qaçmağım olmadı, oldu,

Meylimi salmağım sizlərə, dağlar.

Yayıb dolaylardan üzü bu yana,

Tökmüşəm köçümü düzlərə, dağlar.

 

Çalpaşıq düşəndə şər ilə xeyir,

Adama qaç deyir, dayan, dur demir.

Dərddən ayaqlarım tutammayır yer,

Ağırlıq çökübdu dizlərə, dağlar.

 

Tanınmış olsa da qəlbin yarası,

Sağalmaz qalıbdı can yaralısı.

Gözlər olsa belə qəlbin aynası,

Rəssam düz baxmayıb gözlərə, dağlar.

 

Bu il də

 

Tablaşam əzaba hər ildəkitək,

Tələb oldu dözəm dərdə bu il də.

Qeylu-qal çözməyə qalıb şəhərdə,

Gedəsi olmadım kəndə bu il də.

 

Yorulan ayaqla gəzim nə cürə?

Yorğun beyin-başla yazım nə cürə?

Çıxım axırına, çözüm nə cürə?

Tuş gəldim kələyə, fəndə bu il də.

 

Kənd bu gün, kənd kimi qalmadığından,

Dərd də həmin dərddən olmadığından,

Qənd mən deyən qənddən olmadığından,

Çayım həsrət qalıb qəndə bu il də.

 

Darvazanı

 

Çətir, şəmsiyyə edib səmanı çəkin başa,

Olsun iz itirməsi, yağışın yol azanı.

Qasırğaya güc gəlib qorxmasam da borandan,

Yağıb odu, ocağı, soyudursa qazanı,

Qar yağasıdı örtün, bağlayın darvazanı.

 

Fəslin gur istisində düşməyim bəs yağışa,

Urra deyib dərd-qəmi tutammıram alqışa.

Payızın ilk vaxtları – qabağı gedir qışa,

Qoyun qapı dalında düzü  tərsə yozanı,

Qar yağasıdı örtün, bağlayın darvazanı.

 

Həyətdən, evdən çölə yaşatmasın hiddəti,

Yağıb qar mənim kimi çaşdırar təbiəti.

Tanımayandan olsun şaxta evi, həyəti,

Payız sonrası, elə bahar anı, yaz anı,

Qar yağasıdı örtün, bağlayın darvazanı.

 

Düşür

 

Könlümcə, qəlbimcə suyu olandı,

Mənə bu yerlərin havası düşür.

Yadıma Basqalın kəlağayısı,

Şəkinin pitisi, halvası düşür.

 

Eldəkiylə olur, eldən gedənin,

Fərəhin artırıb, dəf edir qəmin.

Qürur yerim olan, fəxrim vətənin,

Yadına şil-şikəst çarası düşür.

 

Ələkdən keçirtmək, olurda xəlbir,

Etmək yaddaşsızlıq unutmaq nədir.

Gəlir göz önünə  Baloğlan, Qədir,

Muğamın Fatması, Sarası düşür.

 

Biliriəm sifəti, üzü üz kimi

 

Yağış yağıb üstə kəlağayımın,

Yaş qalan kürkümün dərdi az kimi,

Yandırır dərd odu xaranı canda,

Görmürəm kətanı, bezi bez kimi.

 

Çıxıb qeybə, ərşə deyib-gülməyim,

Dərdə əlac, cara olmur bilməyim.

Olur qışdan, qardan təngə gəlməyim,

Yaşamış olmuram yazı yaz kimi.

 

Nəsihəti mənə pay olduğundan,

Sözü mən tərəfdən sayıldığından.

Anamın əliylə yuyulduğundan,

Biliriəm sifəti, üzü üz kimi.

 

Lalənin

 

Sinəsi üstünə qan toparlanıb,

Dönübdü bağrıma bağrı lalənin.

Gəzəsi olmayır lək üstündə əl,

Tağa bənzəməyir tağı lalənin.

 

Təskinlik sayılar dərdim, qəmimçün,

Artıqlıq eyləməz söz qələmimçün.

Ola dərilməli, gələ mənimçün,

Çox yox,  bir dəstəsi, bağı lalənin.

 

Doğru heçə dönür yalan üzündən,

Görünən görünmür duman üzündən.

Bağın gözətçisi, bağban üzündən,

Talanır, qalmayır bağı lalənin.

 

Çəkmirsiniz

 

Sən ey şəkilçəkən, sən də, a rəssam,

Səhv çəkib, şəkilmi düz çəkmirsiniz.

Görmürsünüz könlün, qəlbin odunu,

Atəş yaşayanda göz çəkmirsiniz.

 

Cürbəcür boyaya, rəngə bələyib,

Düşünürsünüz görən şəkli bəyənib?

Pis nə var olacaq, yaxşı söyləyib,

Yaxşıya yaxşı yol, iz çəkmirsiniz.

 

Rəssam çəkmir ziyan, zərər həyatda,

Alınmır dərd-sərdən xəbər həyatda.

İstərsə şəkildə, istər həyatda,

Mən dərdi çəkirəm, siz çəkmirsiniz.

 

Çəkmirsiniz fikrə, xəyala gedib,

Deyirsiniz çəkmir, əllər keyiyib.

Astarlı olanı astarlı edib,

Üzdən məhrumlara üz çəkmirsiniz.

 

Pisi kənar edin, yaxşını çəkin,

Naxışsız taleyə naxışı çəkin.

Desəm batan günü, yağışı çəkin,

Turşudub üzümə üz, çəkmirsiniz.

 

Bilməz

 

Zəhəri baldan kənar saxlamaz, tuta bilməz,

Acıya acı deyib, şirinlik qata bilməz.

 

Qarışdırar, səhv salar rəngləri bir-biriylə,

Yoxdursa tanıdanı, butanı buta bilməz.

 

Gözünə yuxu getməz, dərd əhlinin getsə də,

Oyanantək oyanmaz, yatantək yata bilməz.

 

Tamaha güc gəlməyib, yeyirlərsə yağını,

Qatıq qatıq sayılmaz, süd də üz tuta bilməz.

 

Baxır ki, səs kimindi, kimin hayqırtısıdı,

Hər səs çıxmaz boğazdan, hər səs də bata bilməz.

 

Mən demirəm, o demir, qovub tutan deyir ki; –

-Qaçanı özü kimi qeyrisi tuta bilməz.

 

Peşəkarlıq etsə də alış-verişdə dərdi,

Tay eyləyib qaloşa, coraba sata bilməz.

 

Hər bir yazını gendə qoymuş olar bir yazı,

Bir qədər də var, ona heç biri çata bilməz.

 

Könlü, qəlbi  fərəhdən daşanın sözüdür ki,

Mürəkkəbə hər şair göz yaşı qata bilməz.

 

Çatar yuxu yatmağa hər kəsdən, hamıdan tez,

Ruzu paylanandasa,  ruzuya çata bilməz.

 

Əsilsizin anaya dərdi-səri sirr deyil,

Əsillilər də var ki, atanı ata bilməz.

 

Bir gün keçir, keçməyir üstdən yırtır təzəni,

Pinələnəni cırmaz, kim deyir, yırta bilməz?

 

Ola bilər ki, kmsə sevməyib, istəməyib,

Atar atdıqlarını Tamamtək ata bilməz.

 

Köynəyimi

 

Oldum saxlamalı dar geyinənçün,

Ensiz paltarımı, dar köynəyimi.

Yağıbdı qaradan olan köynəyə,

Ağappaq eyləyib qar köynəyimi.

 

Gizli qalıb yaddan zülmüm, məlalım,

Örtülü saxlanıb sinəmdə xalım.

Ağlayıb halıma başımda şalım,

Eyləyən görmüşəm zar köynəyimi.

 

Özgələrin deyil, mənim olunca,

Zaman, vaxt keçmişdi şalı alınca.

Qoymadı geyinəm dərd-sər dalınca,

Yada satın etdi yar köynəyimi.

 

Bəsimdi

 

Yeməyə çörək var, qənd, çay da olur,

Sevinsə, gülsə üz, ürək bəsimdi.

Təmənnasız gələn qaynanmış çiy su,

Şorla yeyəcəyim çörək bəsimdi.

 

Güləndə körpələr,  sevinəndə hər,

Billəm necə, nə cür sevinir bəşər.

Bələkdən, qundaqdan çıxana qədər,

Görsə bələksizlər bələk bəsimdi.

 

Almaram, etsə də naxışı naxış,

Küskün qalıb dərdlə etmərəm barış.

Alarsa alovun üstünü yağış,

Odu od etməzsə, külək bəsimdi.

 

***

 

Fərəhçün fərəh yeri, qəm üçün qəmxanədi,

Ev var məxsusdur sənə, ev də var həmxanədir.

 

Evsiz olur, deyir ki, evim var, deməyir ki,

Evin nə cürəsi ev, hansı cürü xanədi.

 

Səpələnib, yayılıb hər tikəsi bir yerə,

Ələ gələn bütöv yox, tam yox, şanə-şanədi.

 

Dərddən-sərdən vaxt tapıb, daranasan anında,

Həzin, asta əsən yel saça daraq, şanədi.

 

Nisgil, qəm yedizdirib, saçı salıb pis günə,

Dərd yox, qəm yox saçdakı düşünür ki, hanədi.

 

Keçirtdirib ilmədən mənə xalı toxudan,

Dəzgah mənim gördüyüm, hanə həmin hanədi.

 

Doğru danışmaqda yox, sözü yalan deməkdə,

Biri ötüb minini, mini də bir yanədi.

 

Bəzisi tərəfindən xoşa gələndi reyhan,

Bəzisi tərəfindən, sevilməyən nanədi.

 

Tamam Nur öz evində elə cür yaşayır ki,

Evdə ev yiyəsi yox, elə bil mehmanədi.

 

***

Sapı ağac olan baltayla kəsib,

Ağacı ağacla səlbələyiblər.

Odunda, közündə qazan qaynadıb,

Gözləri kül ilə hədələyiblər.

 

Keçirib baltadan pipi, küknarı,

Ömür susdurublar, ediblər yarı.

Dağ hasar eyləyib imkanı, varı,

Təpə bilib pulu təpələyiblər.

 

Olmayıb dərdinin xəbər alanı,

Olsa da olmayıb çarə qılanı.

Həya, ar üzündən susmuş olanı,

Sözə vaxt veriblər, vədələyiblər.

 

Qapı dalında

 

Qapı dalında dura, dayana, yol gözləyə,

İstəməsə də duran, durur qapı dalında.

Hansı cavab alacaq sorğusuna görəsən?

Qapıdan içərini sorur qapı dalında.

 

Eyləyib ehtiyatı alacağı xəbərdən,

Kim neynəsin ki, bəxtdən, küskündü qədərindən.

Onsuz da yorğun gəlib qapıya  qədərindən,

Özünü oda-közə vurur qapı dalında.

 

Görür ki, gəl içəri, deyən yoxdur, qapanır,

Nə səs salmalı olur, nə də haray qoparır.

Baxır ki, qapı həmin, o köhnəki qapıdır,

Çıxıb gedir, özünü qoymur qapı dalında.

 

 

 

Bir yanıt yazın