21 oktyabr 2024-cü il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun xatirəsinə həsr olunmuş ”Dastan axşamı” adlı tədbir keçirilib.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya və fəlsəfə elmləri doktoru, dosent Atəş Əhmədli və rayon ictimaiyyəti iştirak edib.

Azərbaycan Aşıqlar Birliyinin katibi M.Nəbioğlu tədbir iştirakçılarına Aşıq Yanvar Bədəlovun həyat və yaradıcılığı haqqında danışaraq, bu sənətin yayılmasındakı rolundan danışıb, onun  dastançı aşıq və “Koroğlu havaları” kimi klassik aşıq havalarının mahir ifaçısı olduğunu vurğulayıb. Daha sonra aşığın həyat və yaradıcılığından bəhs edən videoçarx izlənilib.

Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı xanəndə Sahibə Abdullayeva, aşığın tələbələri olmuş Elman Mehdiyev, Qalib Güləliyev, Elçin Məmmədov çıxış ediblər. Onların ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

T.Babayev

Bir yanıt yazın