Qəbələ Səyyar ASAN xidmət avtobusu 16 oktyabr 2024-cü il tarixdən 14 noyabr 2024-cü il tarixədək İsmayıllı sakinlərinə xidmət göstərmək üçün İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 55 (Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin qarşısında yerləşdirilib.

Vətəndaşlara göstərilən xidmətlər aşağıdakılardır:

– Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

– Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi;

– Əmək pensiyaların təyin edilməsi;

– Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

– Notariat fəaliyyəti;

– Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;

– Tibbi arayışların verilməsi (qan qrupu və boy, göz arayışları).

Qeyd: Səyyar “ASAN xidmət” avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Bir yanıt yazın