Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Bədəlov Cavidan Zaur oğlu 2022-ci il sentyabr ayınında Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

Şəhidlik zirvəsinə ucalan cəsur baş leytenant Cavidan Bədəlovun əziz xatirəsi ictimaiyyət tərəfindən məzarı ziyarət olunmaqla yad olunub. Anım mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin üzvü Novruzəli Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin mənsubları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və məktəblilər iştirak ediblər.

Anım mərasimindəki çıxışlarda şəhid Cavidan Bədəlovun qəhrəmanlıqlarından söz açılıb. Onun mənalı ömrünün nəsillərə nümunə olacağı bildirilib. Mərasim başa çatdıqdan sonra ziyarətçilər şəhidin ev muzeyinə gəliblər. Daha sonra qonaqlar ehsan süfrəsinə dəvət olunublar.

Cavidan Bədəlov 1996-cı il martın 28-də İsmayıllı rayonu­nun Talıstan kəndində anadan olub. 2002-2013-cü illərdə orta təhsi­lini Talıstan kənd tam orta məktəbində alıb. 2013-2017-ci illərdə ali hərbi təhsil alan şəhidimiz, 2017-ci ildən etibarən ordu sıralarında leytenant rütbəsi alaraq zabit kimi xidmət etməyə başlayıb. Daha sonra baş leytenant rütbəsi alıb. Cavidan Bədəlov 2022-ci il sent­yabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən ge­nişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.  Sent­yabrın 14-də Talıstan kənd qəbiristanlığında dəfn edilib.

2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin sərəncamları ilə “Kəlbəcərin azad olun­masına görə”, “Vətən müharibəsi iştirakçısı”, ölümündən sonra isə “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın