Sentyabr ayının 23-də İsmayıllı ictimaiyyəti, o cümlədən rayonun pedaqoji kollektivi öz qanı ilə tarix yazan tarix müəllimi – şəhid baş leytenant Famil Əhmədzadənin 49-cu mövlud gününü qeyd edib. Kollektivlər şəhidin məzarını ziyarət edərək, xatirəsini əziz tutduqlarına sədaqət nümayiş etdiriblər. Şəhidin məzarı önündə dualar oxunub.

Məlumat üçün bildiririk ki, Famil Əhmədzadə 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. İbtidai təhsilə 1982-ci ildə Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nöm­rəli tam orta məktəbdə başlamışdır. Orta məktəbi 1992-ci ildə əla­çı məzun kimi bitirmişdir. Elə həmin ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitununa qəbul olmuşdur.1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi verilmişdir. 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətini davam etdirib. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşüb, xidmət dövründə baş leytenant hərbi rütbəsi alıb. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. 27 sentyabr 2020-ci ildə Vətən müharibə­sinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılıb. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin alınmasında böyük şü­caət göstərərək oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid olub. Noyabrın 3-də İsmayıllı rayon Şəhidlər xiyabanında dəfn edilib. Baş leytenant Əhmədzadə Famil “Vətən uğrunda”, ”Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

 

 

 

Bir yanıt yazın