İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tibb bacısı (qardaşı) işi ixtisasının tələbələri tədris müddətində öyrəndikləri biliklərin təcrübə olaraq möhkəmləndirilməsi məqsədilə yay tətili müddətində könüllü olaraq İsmayıllı Sağlamlıq Mərkəzi MMC-də və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında çalışırlar.

Tələbələrin fəaliyyəti İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilə İsmayıllı Sağlamlıq Mərkəzi MMC, eləcə də İsmayıllı Rayon Mərkəzi Xəstəxanası arasında bağlanmış müqavilə əsasında tənzimlənir.

“İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın