Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayon Təhsil Sektoru, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Gənc Azərbaycan Dili və Ədəbiyyat Müəllimləri Birliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənc Azərbaycan dili və Ədəbiyyat Müəllimləri Birliyinin təqdimatı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Tədbir iki hissədən – rəsmi və təlim hissəsi olmaqla keçirilib.
Rəsmi hissə öz işinə Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Daha sonra İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov çıxış edərək gənc müəllimləri salamlayıb, eləcə də iştirakçılarla tədbir haqqında fikirlərini bölüşüb.
Tədbirdə iştirak edən Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müdiri Taleh Salehov da öz növbəsində çıxış edib. Gənc müəllimləri gənclər siyasətinin bir parçası olmağa səsləyib, bu istiqamətdə tövsiyə və təkliflərini diqqətə çatdırıb.
Sonda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü, Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədri Ülvi Osmanlı çıxış edib gənc həmkarlarını müxtəlif tədbir və təlimlərində fəal iştiraka, birliyin fəaliyyətinə dəstək olmağa səsləyib və tədbirin keçirilməsində təşkilati dəstək üçün Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayon Təhsil Sektoruna təşəkkürünü bildirib
Ülviyyə Zeynalova,
Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşı

