İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Mərkəzində tarix-diyarşünaslıq muzeyinin təsis olunmasının 40 illiyinə həsr olunmuş tədbir keçirilib.
Yubileyin qeyd olunma tədbirində muzeyin təsisçisi, təqaüddə olan tarix müəllimi Anastasiya Jabina bu dəyərli məkanın yaranması haqqında məlumat verib, İvanovka kəndinin tarixindən danışıb.
Tədbir İvanovka kənd Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Slavyanoçka” folklor qrupunun və məktəblilərin hazırladığı kompazisiya ilə davam edib.
Qeyd edək ki, muzeyinin fəaliyyətinin İvanovka kəndinin tarixinin qorunub saxlanmasında və gənc nəsilə ötürülməsində mühüm rolu var və İvanovka kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması daim ölkə Prezidentinin diqqətindədir.

