13 iyun 2024-cü il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 18 İyun – İnsan Hüquqları Günü ilə əlaqədar dəyirmi masa təşkil edilib.
Keçirilən tədbirdə əlamətdar günlə bağlı verilən geniş məlumatda bildirilib ki, həmin gün ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqinə və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən təsis olunub. Hər il bu münasibətlə aidiyyəti üzrə idarə və təşkilatlarda insan hüquqlarının qorunması, eləcə də təbliği üzrə maarifləndirici tədbirlər həyata keçirilir.

