4 may 2024-cü il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ümumtəhsil və idman fənləri üzrə Fənn Birləşmə Komissiyasının tərkibinə daxil olan qruplarda təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib.
Görüşdə qrup rəhbərləri, fənn müəllimləri ilə yanaşı İnzibati və təsərrüfat işləri üzrə direktor müavini Çingiz Aslanov, şöbə müdiri Elmir Ağayev, FBK sədri Aynur Kazımova, kollecin baş mühasibi Qədir Qədirov və ağsaqqal müəllimi Mövlud Ağayev iştirak edib.
Görüşdə valideynlərə kollecin tədris prosesi, imtahanlar, daxili nizam-intizam qaydaları haqqında məlumat verilib, tədris müəssisəsi ilə valideynlər arasında əlaqələrin qorunması və inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş daha sonra qrup rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə tədris otaqlarında davam etdirilib. Valideynlərə tələbələrin akademik fəaliyyəti ilə bağlı geniş məlumatlar verilib.
K.Boyaqçızadə


