Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə 06-07 aprel 2024-cü il tarixlərində Quba şəhərində keçirilən “Kros qaçışı üzrə yaz ölkə çempionatı”nda İsmayıllı atletləri uğurla çıxış ediblər.
Valeri Qrubskiy 6 kilometr məsafənin finişinə bütün rəqiblərindən daha tez çataraq çempionatın qızıl medalına sahib olub.
Qızlarımızdan Zəhra Şirəliyeva 2 kilometr, Hidayətzadə Xatirə isə 4 kilometr məsafəni qət etməkdə ikinci olublar.
Beləliklə, idmançılarımız doğma rayona bir qızıl, iki gümüş medalla qayıdıblar.
Yüngül atletlərimizin bu uğuru əldə etməsində məşqçi müəllim Bənövşə İsmayılovanın da gərgin əməyi vardır. Qazanılan uğurlar münasibəti ilə məşqçi müəllimi və atletlərimizi təbrik edirik.
“İsmayıllı xəbərləri”

