Qüdrətli xalqımızın çoxəsrlik milli adət-ənənələrini yaşatmaq və inkişaf etdirmək məqsədi ilə  Novruz bayramı qabağı çərşənbələrin keçirilməsi hər il yüksək təntənə ilə qeyd olunur. İsmayıllı şəhərinin mərkəzində, qəsəbələrində, eləcə də rayonun böyük kəndlərində mart ayının 5-də “Od çərşənbəsi” münasibətilə şənlik tədbirləri təşkil olunub.

Beləliklə, rayonun əksər yaşayış məntəqələrində bayram xonçaları bəzədilib, tonqallar qalanıb.

Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzi qarşısında və Lahıc qəsəbəsində folklor qrupları konsert proqramı ilə çıxış ediblər.

Novruz bayramının şən personajları olan Keçəl və Kosanın məzhəkələri, şən zarafatları sakinlərə əsl bayram ovqatı bəxş edib.

Həmin gün İsmayıllıda bayram ənənəsinə sadiq qalaraq “Od çərşənbəsi” tonqalı qalanıb.

Tədbirdə rayon rəhbərliyi və şəhərin sakinləri iştirak edib. Bayram tədbirində çıxış edənlər Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıblar, ismayıllıları bayram münasibətilə təbrik edib, onlara sevinc dolu günlər, bolluq, bərəkət arzulayıblar.

Sonda bayram tonqalı alovlandırılıb. Tədbirin gedişində biri-birindən oynaq və şən musiqilər səsləndirilib. Bayram coşqusu tədbirə toplaşanların etdikləri rəqslərlə müşaiyət olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir