İsmayıllı bələdiyyəsi fəaliyyətini müasir tələblər səviyyəsində qurulmasına, iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunu artırmasına xüsusi diqqət yetirsə də 2023-cü il üçün proqnozlaşdırılmış büdcə vəsaitlərinin əldə edilməsini kəsirlə yekunlaşdırmışdır.

Buna baxmayaraq, bələdiyyə qarşısında duran əsas vəzifə – ictimaiyyət arasında nüfuzu artırmaq, seçiciləri narahat edən yerli əhəmiyyətli məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etmək istiqamətində bir sıra işlər də  görülmüşdür.

* Hesabat dövründə bələdiyyə üzvləri ilə  22 yığıncaq keçirilmişdir. Bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 183 qərar qəbul edilmişdir. Bütün protokollar bələdiyyə portalında yerləşdirilmişdir;

* 2023-cü ildə torpaq, əmlak vergiləri və digər daxilolmalar hesabına bələdiyyənin faktiki mədaxili 110944 manatı təşkil etmiş, təyinatı üzrə ayırmalarla bələdiyyə büdcəsinin məxaric hissəsi 111357 manat olmuşdur;

* İsmayıllı şəhərində yaşayan aztəminatlı ailələrdən olan 20 nəfər şəhər sakininə, Çernobıl Əlillər Cəmiyyətinin İsmayıllı rayon filialına   maddi yardımlar edilmiş, Qurban bayramı münasibətilə 60-dan çox imkansız ailəyə Qurban payları çatdırılmışdır;

* Ümumilli lider Heydər Əliyevin 100 illik yublieyi şərəfinə İsmayıllı şəhər məktəblərinin məktəbliləri arasında şahmat yarışı, rəsm və inşa yazı müsabiqələri keçirilmiş, iştirakçıların hər birinə sertifikatlar, qaliblərə dəyərli hədiyyələr verilmişdir;

* Şəhərin Heydər Əliyev Mərkəzində “Ulu öndərin şərəfli ömür yolu vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir” mövzusunda dəyirmi masa keçirilmiş, “Ümumilli lider Heydər Əliyev – 100” başlıqlı bukletlər hazırlanaraq, ayrı-ayrı məhəllələr üzrə sakinlərə paylanılmışdır;

* Şəhər ərazisində, bələdiyyənin hüdudları daxilində olan qəbristanlıqlarında təmizlik-abadlıq işləri aparılmışdır;

* Birinci Qarabağ müharibəsində  qəhrəmancasına döyüşmüş, itkin  düşərək  şəhidlik statusu almış Cəlal Rüstəmovun   adına inşa edilmiş bulaq kompleksində əsaslı təmir işləri aparılmış, yeni ağaclar və gül kolları əkilmişdir;

* İsmayıllı şəhərinin R.Ədilov küçəsi sakinlərin müraciəti əsasında çınqıl materialı ilə örtülmüş, rahat gediş-gəliş təmin olunmuşdur;

* Şəhid Ramil Musayevin adı verilmiş küçədə yolun genişləndirilməsi məqsədilə 400 millimetrlik suötürücü borular quraşdırılmışdır;

* İl ərzində də bələdiyyənin gördüyü işlər haqqında məlumatlar bələdiyyənin facebook səhifəsində, “Belediyye.info” saytı və “İsmayıllı xəbələri” qəzeti vasitəsilə ictimailəşdirilmiş və əhaliyə çatdırılmışdır.

Analoji məlumat vərəqələrinin tərtibində şəhər sakinlərinə bələdiyyəyə olan vergi borclarını təcili ödəmələri də xatırladılmış, bildirilmişdir ki, bələdiyyə vergiləri müəyyən edilmiş müddətdə ödənilmədikdə Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1% miqdarında  maliyyə sanksiyası tətbiq edilir.

* İsmayıllı bələdiyyəsi il  ərzində özünüidarəetmə qaydalarına uyğunluqla fəaliyyətini təmin etməklə yanaşı, müəyyən işlərin görülməsinə də nail olmuşdur;

* 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı onun adını daşıyan prospektdə 0,34 ha.  torpaq sahədində əkilmiş ağacların ətrafı metal torla hasarlanmışdır;

* Vergiləri ödəməklə bələdiyyənin maliyyə durumunu yaxşılaşdırlmaları və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olmaları  da sakinlərin diqqətinə çatdırılmışdır;

* Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə bağlı şəhərin bayramsayağı bəzədilməsi, əhalinin intensiv hərəkəti olan ərazilərdə, yubileyi əks etdirən lövhələr asılmışdır;

* 2 nəfər Qarabağ müharibəsi qazisinə torpaq sahələri bələdiyyə hesabına sənədləşdirilərək ödənişsiz verilmişdir;

* Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergiləri ödəmədiyinə görə 17 nəfərin  sənədləri Azərbaycan Respublikası Ədliyyə  Nazirliyinin İsmayıllı   rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 2366 manat vəsait məcburi qaydada bələdiyyə büdcəsinə ödənilmişdir;

* 2023-cü ildə vergi ödəyicilərinə vergi borcları barədə mobil telefonlarına SMS mətni göndərilməsi məqsədilə “Softline Azərbaycan” MMC ilə müqavilə bağlanaraq mətnlərin göndərilməsinə başlanılmışdır;

* İsmayıllı şəhəri ərazisində yaşayan, torpaq və daşınmaz əmlak mülkiyyətçisi olan vətəndaşlara bələdiyyə tərəfindən vahid qaydada hər bir vergi ödəyicisinin adına “İsmayıllı bələdiyyəsi üzrə vergi ödəyicisi olan fiziki şəxsin qeydiyyata alınması haqqında Şəhadətnamə”nin  hazırlanması və çatdırılması işi davam etdirilmişdir.

Yaşadığı ərazini abad görmək istəyən hər bir vətəndaş mülkiyyətində və istifadısində olan əmlak və torpaq vergilərinin ödənilməsində fəal iştirak etməyi özünün mənəvi borcu bilməlidir.

Onu da qeyd edək ki, məlumatlar bələdiyyənin 2023-cü ilin yekunlarına dair hesabat məruzəsindən götürülmüş, buklet şəklində hazırlanaraq Məhəllə Komitələri vasitəsilə şəhər sakinlərinə çatdırılmışdır.

Pərviz Ağayev,

İsmayıllı bələdiyyəsinin sədri

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir