İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin aşpazlıq ixtisası üzrə təhsil almış Asiman Mehdizadə 2023-cü ildə məktəbi bitirdikdən dərhal sonra həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi xidmətinə görə mart ayında müddətli məzuniyyətə buraxılan Asiman  doğma ev-eşiyi, yaxınları ilə görüşdükdən sonra peşə  təhsili aldığı müəssisəyə baş çəkməyi də özünə borc bilib.

A.Mehdizadə məzuniyyət dövründə Mərkəzi və ona təhsil verən müəllimlərini ziyarətə gəlib. Ziyarəti ilə kollektivi yetərincə sevindirib və qürurlandırıb. Əsgər məzun bu təhsil ocağına seçdiyi peşəyə bağlılığından söz açıb. Ona bu maraqlı peşəni öyrədənlərə, minnətdarlıq edib. Hərbi xidmət müddətini  başa çatdırdıqdan sonra işini peşəsi üzrə davam edəcəyini bildirib. Məzunun  bu münasibəti kollektivi yetərincə sevindirib. Bu kimi görüşlərin davamlı olacağı söhbət mövzusu olub.

İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir