İsmayıllı rayonunun Hacıhətəmli kənd tam orta məktəbinin qızlardan ibarət futbol üzrə dərnək şagirdlərinin respublika çempionatında ardıcıl qələbələri davam etməkdədir. Fevral ayının 3-də keçirilən yarışda rayonumuzun təmsilçiləri Ağcabədi komandasının qapısından dörd cavabsız top keçirib. 4:0 hesabı ilə qalib gələn komandanın dərnək rəhbəri Ədalət Əhmədov yetirmələrinin oyunundan razı qalıb. Qazanılan qələbə münasibəti ilə futbolçu qızlarımızı təbrik edirik.
“İsmayıllı xəbərləri”