Fevral ayının 13-də Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içib.
Prezident Müqəddəs Qurani-Şərifə əl basaraq, Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağına, onları uca tutacağına and içib.