7 fevral 2024-cü il tarixdə keçirilən Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin təbliğat-təşviqat kompaniyası uğurla aparıldı.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat tədbirləri çərçivəsində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırıldı.

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi tərəfindən təbliğat-təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla həyata keçirildi.

Təbliğat-təşviqat işlərinə başladığı ilk rayon təşkilatı əmin idi ki, seçki prosesi əvvəlki illərdə olduğundan daha yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq tam şəffaf, ədalətli şəkildə keçiriləcək.

Partiyanın fəalları demək olar ki, rayonun bütün yaşayış məntəqələrində oldular, irəli sürülmüş namizədin həyatından, Azərbaycanın bugünkü inkişafında misilsiz xidmətlərindən söz açdılar. Təbliğat-təşviqat qrupu  hər yerdə hörmətlə qarşılandı. Vətəndaşlar seçkilərə start verildiyi gündən seçimlərini tam dəqiqləşdirdiklərini, YAP-nın namizədinə alternativ olmadığını əminliklə ifadə etdilər. Dövlət-xalq, xalq-dövlət birliyi möhkəmliyini əyani şəkildə bir daha sübut etdi.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir