Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da geniş şəkildə qeyd olunub.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov fevral ayının 26-da, Xocalı soyqırımının 32-ci ildönümü günündə Xocalıdan məcburi köçkün düşən və rayon ərazisində müvəqqəti məskunlaşan soydaşlarımızla görüşüb. O, ilk növbədə bu görüşün əvvəlki görüşlərdən yaxşı mənada olduqca fərqli olduğunu diqqətə çatdırıb.

Başçı Xocalı yarasını sinəsində gəzdirən bu insanların sosial problemləri, məşğuliyyəti, mənzil şəraitləri ilə maraqlanıb. Onların hər birini diqqətlə dinləyib. Qeyd edib ki, göstərilən dövlət qayğısından əlavə hər bir ölkə vətəndaşı xocalılara qarşı kifayət qədər  diqqətcil olmalı, onların doğma Vətəndə yurd-yuva dərdi çəkməmələri üçün əlindən gələni etməlidir.

N.Bağırov doğmalarını, əzizlərini itirənlərə səbir, şəhid olanlara ulu Tanrıdan rəhmət diləyib.

Dövlətimizin qüvvə və qüdrəti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin mükəmməl və müzəffər rəhbərliyi altında düşmən tapdağından azad olunmuş torpaqlarda, o cümlədən Xocalıda əzizləri ilə bərabər ev-eşiklərini itirənlərə bütün vacib yaşayış imkanlarının yaradılacağına ümidvar olduğunu bildirib.

Görüşdə iştirak edən məcburi köçkünün hər biri ölkə Prezidentinə minnətdarlıq edib və səmimi qəbula görə RİH başçısına razılıqlarını bildiriblər.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir