Yeni inşa edilən İsmayıllı şəhər 4 nömrəli uşaq bağçası fevral ayının 20-də uşaqların istifadəsinə verilib. Bununla əlaqəli təşkil edilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, tərbiyəçi-müəllimlər və valideynlər iştirak ediblər.
Qeyd edək ki, İsmayıllı şəhər 4 nömrəli uşaq bağçası 100 uşaq yerlik olmaqla, 1 korpus və 3 mərtəbədən ibarətdir. İlkin olaraq bağça 4 qrup üzrə fəaliyyət göstərəcək ki, həmin qruplarda 80 nəfər uşağın tərbiyəsi ilə 5 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq.