E.Həsənov adına Mücühəftəran kənd tam orta məktəbinin bir qrup şagird və pedaqoji heyəti ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə eduinfotur təşkil olunub.

Turun keçirilməsində məqsəd şagirdləri gələcək əmək bazarında rəqabətədavamlılığı olan peşə sahələri ilə tanış etmək, onlara peşə seçimində yardımçı olmaqdır.  Şagirdlər burada olduqca səmimi qarşılanıblar və göstərilən diqqət üçün İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyinə təşəkkür ediblər.

Cənab Prezidentimiz İlham Əliyevə belə gözəl təhsil müəssisəsinin vətəndaşların rifahının yüksəldilməsində mühüm rolu olduğunu qeyd edən şagirdlər əyani olaraq peşə seçimi üçün yaradılmış geniş imkanlardan yararlanıblar.

Məktəb rəhbərliyinin peşəyönümü məsələsinə bu şəkildə yanaşması olduqca qənaətbəxşdir və təqdirəlayiqdir.

N.Bayramova

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir