2023-cü ildə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 341712,0 min manat həcmində ümumi məhsul buraxılışı olmuşdur. İqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi keçən illə müqayisədə real ifadədə 3,1 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə nominal ifadədə 11,2 faiz artaraq 3942,82 manat təşkil edir. Məhsul və xidmətlərin 70,4 faizi istehsal sahələrinin, 29,6 faizi isə xidmət sahələrinin payına düşür.
Ümumi məhsul buraxılışının 43,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 27,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 20,2 faizi tikinti, 7,2 faizi sənaye, 1,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi informasiya və rabitə sahələrində istehsal olunub.
Əvvəlki illə müqayisədə real ifadədə, informasiya və rabitə xidmətlərinin həcmi 36,1 faiz, tikinti sahəsi 23,6 faiz, nəqliyyat və anbar təsərrüfatı 3,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sektoru 0,2 faiz artmış, sənaye istehsalı 6,4 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 2,5 faiz azalmışdır.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ildə faktiki qiymətlərlə 24703,7 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən illə müqayisədə sənaye məhsullarının istehsalı real ifadədə 6,4 faiz azalmışdır. Sənaye məhsulunun 7,7 faizini mədənçıxarma sənayesində, 63,2 faizini emal sənayesində, 21,6 faizini elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 7,5 faizini isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən emal sənayesində 40,5 faiz, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 0,8 faiz azalma, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 11,7 faiz artım olmuşdur.
Kənd təsərrüfatı məhsullarının yığımı başa çatmışdır. 2023-cü ildə qarğıdalı da daxil olmaqla tarlalardan 94129,0 ton və ya keçən ilə nisbətən 15,5 faiz az dənli və dənli paxlalı bitkilər yığılmışdır. Hesabat ilində sahələrdən 10710 ton kartof, 6970 ton tərəvəz, 18,0 ton bostan bitkiləri, 32 ton tütün, 9897,8 ton meyvə və giləmeyvəlilər, 2564 ton üzüm toplanmışdır.
2023-cü ildə diri çəkidə 5457 ton ət, 36619 ton süd, 10717 min ədəd yumurta, 317 ton yun istehsal edilmişdir. 2022-ci illə müqayisədə diri çəkidə ət istehsalı 6 ton, süd istehsalı 25 ton, yumurta istehsalı 19 min ədəd artmış, yun istehsalı 59 ton azalmışdır. 2022-ci ilə nisbətən 2023-cü ildə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 2,5 faiz azalmışdır.
2023-cü ildə əsas kapitala 77085,0 min manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 19,7 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69020,3 min manatı və ya 89,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2023-cü ildə 16089,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilə nisbətən 8,2 faiz çoxdur. Tikinti təşkilatları tərəfindən 16046,3 min manatlıq tikinti işləri yerinə yetirilmişdir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2023-cü ildə 1809 min ton yük və 7757 min sərnişin daşınmışdır. 2022-ci illə müqayisədə yük daşınması 13,5 faiz, sərnişin daşınması isə 21,4 faiz çox olmuşdur.
İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 2166,4 min manatlıq xidmətlərin 98,6 faizi əhali sektoruna aid olmuşdur. 2023-cü ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2022-ci illə müqayisədə 36,1 faiz artmışdır.
2023-cü ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 289701,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 35050,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci illə müqayisədə əmtəə dövriyyəsi 0,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 14,1 faiz artmış, ticarət şəbəkəsində 193388,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 96313,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
2023-cü il dekabrın 1-i vəziyyətinə rayonda muzdla işləyən işçilərin siyahı sayı 9283 nəfər təşkil etmişdir ki, onların da 5565 nəfəri dövlət mülkiyyətində, 3718 nəfəri qeyri-dövlət mülkiyyətində çalışanlar olmuşdur. Bir işçinin orta aylıq nominal əməkhaqqı 579,4 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 9,3 faiz yüksək olmuşdur.
2023-cü ilin yanvar-dekabr aylarında əhalinin sayı 443 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvarın ayının 1-i vəziyyətinə 87088 nəfərə çatmışdır.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi