Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.
Fevralın 26-da – gün boyu bütün sülhsevər insanlar, xalqımız faciənin 32-ci ildönümündə erməni cəlladlarının törətdiyi etnik nifrət və soyqırımı cinayətlərinin, o cümlədən Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Allah günahsız qurban gedən, torpaqlarımızın qorunmasında qəhrəmanlıqla şəhadətə yüksələn soydaşlarımıza rəhmət eləsin!