24 fevral 2024-cü il tarixdə Mərkəzi Aran Regional Təhsil İdarəsi, Göyçay rayon Ləkçıplaq kənd bir nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin fərdi kateqoriyası üzrə qalibi “Duolingo ilə ingilis dili hamı üçün əlçatandır!” adlı layihənin yekun hesabat tədbiri keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Göyçay rayon Təhsil sektorunun əməkdaşları, Qaraxıdır Kənd İcra Nümayəndəsi, Bələdiyyə sədri, layihə rəhbəri Rəxşəndə Həmidova, layihə üzrə ekspert Ziba Məmmədova, Göyçay rayon Ləkçıplaq kənd tam orta məktəbinin direktoru Sevda Vəliyeva, Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbinin direktoru Solmaz Hacıyeva, Göyçay rayon Şəhid Ailələri Təşkilatının rəhbəri Eldəniz Rüstəmov, tərəfdaş təşkilat olaraq Gənclərin Karyera və İnkişaf Mərkəzinin Dağlıq Şirvan Regional İdarəsinin direktoru Coşqun İsmayılov və GKİM Dağlıq Şirvan Regional İdarəsinin əməkdaşları və Göyçay rayon təhsil ictimaiyyətinin nümayəndələri, Şəhid və qazi ailələri, müharibə iştirakçısı və veteran ailələrinin üzvləri iştirak ediblər.
Layihə ideyasına və onun icrasına münasibət bildirən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev layihənin əhəmiyyətindən söz açıb, bildirib ki, bölgələrdə bu kimi layihələrin icra olunması təhsilin inkişafı baxımından çox vacibdir. RİH başçısı layihə çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Layihə rəhbəri Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbin ingilis dili müəllimi Rəxşəndə Həmidova təqdimat slaydı və videoçarxla çıxış edərək layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, layihəni həyata keçirməkdə məqsəd Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. O, həmçinin layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində Göyçay rayonundan şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz İngilis dili kursu fəaliyyət göstərib. İngilis dili kursunun təlim proqramına uyğun olaraq təlimçi Günay süleymanova tərəfindən müdavimlərə ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqları öyrədilməklə kursun təlim proqramına uyğun olaraq “People”, “Lifestyle”, “Professions”, “Travelling” bölmələrin tədris edildiyini vurğulayıb.
Layihənin ekspeti Ziba Məmmədova layihənin əhəmiyyətindən söz açıb, layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində 3 aylıq ödənişsiz İngilis dili kursu təşkil olunduğunu, kursda təhsil alan 15 şagird ilkin test imtahanının nəticələrinə əsasən seçidiyini, hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçirildiyini, layihənin uğurla icra edildiyini, ingilis dili təlimlərinin, ümumilikdə layihənin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.
Sonda Layihə çərçivəsində təşkil olunmuş 3 aylıq ingilis dili kursunu bitirən müdavimlərə göstərdikləri nəticələrə müvafiq olaraq diplom və sertifikatlar təqdim edilib, kursun müdavimləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.