Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon sektorunda məktəb həmkarlar təşkilatlarının hesabat seçki yığıncaqları keçirilib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov dinlənilən hesabatların, ötən hesabat ilindən bu yana görülən işlərin əksər məktəblər üzrə qənaətbəxş olduğunu bildirib.
İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin həmkarlar komitəsinin sədri Güllübəyim Lətifovanın 15 yanvar 2024-ci iü tarixdə son üç ili əhatə edən hesabatı dinlənilib.
Yığıncaqda İsmayıllı rayon HK-nin sədri Hafiz Kərimov və Rayon Təhsil Şurasının sədri Şəfaqət Rəsulov, eləcə də ittifaqın üzvləri iştirak ediblər. G.Lətifovanın etdiyi məruzədə son üç il ərzində məktəbdə görülmüş bütün işlər ətraflı şəkildə diqqətə çatdırılıb.
Sonra fəal həmkarlar ittifaqı üzvləri məktəb həmkarlar komitəsinin tərkibini açıq səsvermə yolu ilə seçiblər. Cari və növbəti tədris ili üçün Güllübəyim Lətifova təkrar sədr seçilib. Həmkarları bu münasibətlə onu təbrik edib, gələcək işlərində uğurlar arzulayıblar.
Sonda səsvermə keçirilib. ATİAHİ İsmayıllı rayon Hİ-nın qarşıdakı konfransında iştirak etmək üçün üzvlər müəyyənləşdirilib.
“İsmayıllı xəbərləri”