İsmayıllı rayonunun Qalınçaq kəndinin yetirməsi olan Vətən müharibəsi şəhidi, Hərbi Dəniz Qüvvələrinin Xüsusi təyinatlısı, gizir Fuad Nəcəfovun anım günü rayonun ictimaiyyət nümayəndələri, yaxınlarının, təhsil aldığı məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə uyuduğu məzar ziyarət olunub.

Şəhidin məzarı üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Məzar başındakı çıxışlarda şəhidin keçdiyi döyüş yolundan, vətənpərvərliyindən, atasının Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığın onun üçün təkrarlanan örnək olduğundan söz açıblar. Şəhidin ev muzeyini ziyarət  edənlər Fuadla, onun timsalında bütün şəhidlərimizlə fəxr etdiklərinin, onları tərbiyə edən valideynlər qarşısında baş əydiklərini bildirib, həmçinin şəhidin ailəsinə başsağlığı veriblər.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir