14 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonunda şəhər 4 nömrəli tam orta məktəbinin yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev iştirak edib.

Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilən 280 yerlik məktəb binasında 12 sinif otağı, fənn kabinetləri, fizika, kimya və biologiya laboratoriyaları, məktəbəqədər, hərbi hazırlıq, linqafon, informatika otaqları, kitabxana və oxu zalı, yeməkxana, akt və idman zalları yerləşir. Binada videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb.

Uğurlu təhsil ənənələri olan İsmayıllı şəhər 4 nömrəli tam orta məktəb 1993-cü ildən fəaliyyət göstərir.

Məktəbin rəhbərliyi, eləcə də burada çalışan müəllim və texniki işçilər yeni dərs ilində ixtiyarlarına verilən müasir – geniş, işıqlı, yaraşıqlı məktəb binasına, həmçinin lazımi təchizat təminatına görə ölkə Prezidenti cənab İlham Əliyevə , eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdar olduqlarını ifadə ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir