Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Təhsilə doğru” layihəsinin yekun mərhələsi keçirilib.

Qeyd edək ki, Dövlət Komitəsinin təşkilatçılığı, PAŞA Holding və “GİD CSR Consulting” şirkətinin əməkdaşlığı ilə həyata keçirilən “Təhsilə doğru” layihəsi çərçivəsində 2023-cü ilin mart-may aylarında məktəbli uşaqlara riyaziyyat və ingilis dili fənləri üzrə təhsilə dəstək məqsədli onlayn dərslər keçirilib. Yekunda uşaqların layihə boyunca əldə etdikləri bilik və bacarıqlar test üsulu ilə qiymətləndirilib. Qaliblər hədiyyə və diplomlarla mükafatlandırılıblar.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir