Zərgəran kəndinin ağsaqqalı Mirzəyev Valeh Məhəmməd oğlu tərəfindən kəndin sakinləri adından redaksiyamıza İsmayıllı  Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova ünvanlanmış minnətdarlıq məktubu daxil olub. Məktubda deyilir:

Hörmətli Nahid müəllim!

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirdiyiniz səyyar görüş-qəbullardan biri 26 iyun 2023-cü il tarixdə Zərgəran kəndində baş tutdu. Zərgəran kənd sakinlərini ciddi narahat edən yolsuzluq məsələsi diqqətinizə çatdırıldı. Sizdən kənd yolunun yenidən qurulması və asfaltlaşdırılması xahiş olundu.

Diqqət və qayğınız nəticəsində xahişimiz qısa müddətdə, yüksək səviyyədə yerinə yetirildi.

Biz – Zərgəran kənd sakinləri Sizə dərin minnətdarlığımızı bildirir, rayonumuzun inkişafı naminə Sizə möhkəm can sağlığı, gördüyünüz işlərdə uğurlar arzulayırıq!

Hörmətlə:

Valeh Mirzəyev,

kəndin sakini

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir