Yay düşərgəsinin altıncı günündə uşaqlarla görüşən Dövlət Komitəsinin aparat rəhbəri, Avropa Şurasının Uşaq Hüquqları üzrə rəhbər Komitəsində və Lansorate Komitəsində milli ekspert Ceyran Rəhmətullayeva tərəfindən “Uşaqlara qarşı törədilən latent zorakılıq halları” mövzusunda təlim keçirilib.

Təlimə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər edən Dövlət Komitəsinin könüllüləri də qoşulublar.

C.Rəhmətullayeva iştirakçılara latent zorakılıq hallarının spesifikası, kiber cinayətkarlıq və onlayn zorakılıq barədə məlumat verərək, bu növ zorakılıq qurbanları olan uşaqlarla işləməyin metodları və terapiyalar haqqında fikirlərini bölüşüb. Təlim zamanı uşaqlarla fikir mübadiləsi aparılıb, terapiyaların tətbiqi ilə bağlı praktik məşğələlər keçirilib.

Aparat rəhbəri bildirib ki, uşaqların hər cür zorakılıq hallarından qorunması beynəlxalq və milli sənədlər, qanunlar və konvensiyalar ilə tənzimlənir. Qeyd edilib ki, Azərbaycan 2019-cu ilin 22 oktyabrında ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Lanzarote konvensiyasını ratifikasiya etmişdir və milli qanunvericiliyimizin konvensiyanın tələblərinə uyğunlaşdırılması ilə bağlı 4 məcəllə və 6 qanunda dəyişikliklər edilmişdir.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir