Avqust ayının 11-də Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı şəhərində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində Kozberi Şirkətinin Azərbaycan Kənd Qadınları Assosiasiyası ilə birgə keçirdiyi “Aronia giləmeyvəsinin yetişdirilməsi ilə bağlı maarifləndirici tədbir” baş tutub.
Azərbaycanda aroniya yetişdirməçiliyinin ideya müəllifi, sahibkar, Kozberi Şirkətinin təsisçisi İbrahim Erem “Aroniya giləmeyvəsinin meyvəçilikdə yeri, faydaları və tətbiqat sahələri” mövzusunda əhatəli təqdimatla çıxış edib.
Tədbirin sonunda iştirakçılar Şirkətin Tircan kəndində salınmış aroniya bağları ilə tanış olublar.
“İsmayıllı xəbərləri”