İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun, İcra Hakimiyyətinin digər məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayonun Güyüm kəndinə mavi yanacaq verilməsi tədbirinin açılışı olub.
Açılışda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı N.Bağırov ölkəmizdə, eləcə də rayonda həyata keçirilmiş layihələrdən və əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi sahəsində görülmüş işlərdən söz açıb. Əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastruktur qurulduğunu qeyd edən başçı ölkə rəhbərinin tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Çıxış edən kənd sakinləri əlamətdar hadisə ilə əlaqədar sevinc hisslərini bölüşüblər. Onlar göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, bu xeyirxah işdə zəhmət payı olanlara dərin təşəkkürlərini bildiriblər.
N.Bağırov həmçinin kənd sakinlərinin arzu və təkliflərini dinləyib, onları narahat edən digər problemlərin yaxın gələcəkdə aradan qaldırılması istiqamətində işlərin görüləcəyini vəd edib. Sakinlər balaca kəndin böyük rahatlığı, eləcə də təbiətin qorunması işində kəndə mavi yanacaq verilməsinin sevincini yaşadıqca dövlətə və ulu öndər Heydər Əliyev siyasətinə sədaqətli olacaqlarını etiraf ediblər.