İsmayıllı rayonunda vətəndaşlarla növbəti səyyar qəbul-görüş dağlar qoynunda – Çəndahar  kəndində keçirilib .

Çəndahar kəndi İsmayıllı rayonunun ən ucqar dağ kəndlərindən biridir. Burada məskunlaşmış əhali olduqca zəhmətkeşdirlər. Onlar bostançılıq, arıçılıq və heyvandarlıqla məşğul olurlar. Kənddə ibtidai məktəb var. Coğrafi yerləşmə baxımından kənd turistlərin diqqətini çəkə biləcək gözəl, səfalı bir məkandır.

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun Çəndahar kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbul iştirakçıları əvvəlcə kənd mərkəzində şəhid Qabil Cavadovun xatirəsinə tikilmiş bulağı ziyarət edib, şəhidin ruhuna dualar ediblər.

Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin müsbət həlli üçün tədbirlər görülüb, müvafiq tapşırıqlar verilib.

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir