Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 12-də İsmayıllı rayonu da daxil olmaqla, Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Görüşə gələnlərin ərizələri qəbul edilib. Müraciətlərin həlli istiqamətlərində müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir