İyunun 30-da günorta saatlarından başlayan intensiv leysan yağışları nəticəsində rayonun dağlıq ərazilərində yerləşən bəzi kəndlərə – təsərrüfatlara, xüsusilə yollara zərər dəyib.

Yaranmış fövqəladə vəziyyətlə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov yağıntılardan daha çox zərər görmüş Lahıc qəsəbəsində və Cülyan kəndində olub.

Sakinlər ilə görüşən RİH başçısı dəymiş ziyan barədə onlarla müzakirələr aparıb. Belə ki, İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu kilometrlər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. Sel suları həmçinin Cülyan kəndini içməli su ilə təmin edən xətti qıraraq yararsız vəziyyətə salıb.

Güclü leysan nəticəsində yaranmış narahatlıqlar təxirəsalınmaz işlərin görülməsi ilə qısa müddətdə aradan qaldırılıb.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir