İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə RİH-in başçısı Nahid Bağırov dövlət qulluğunda çalışanları peşə bayramı münasibətilə təbrik edib. Dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan dövlətçilik ənənələrinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Başçı uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyü qeyd edib. Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.
Tədbirdə RİH başçısının Quşencə kənd İƏD üzrə nümayəndəsi işləmiş və hal-hazırda təqaüddə olan Yaşar Şirəliyevə “Tərəqqi medalı”ı təqdim olunub. Həmçinin bir qrup Dövlət qulluqçusuna RİH başçısının Sərəncamı ilə ixtisas dərəcələri və Fəxri fərmanlar verilib.
“Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə İsmayıllı RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Hüseynov Şahin Şahalı oğlu “Tərəqqi” medalı ilə təltif edilib.
Dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrikdən sonra xatirə şəkli çəkdiriblər.