İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov aidiyyatı üzrə idarə və təşkilat rəhbərlərinin iştirakı ilə İsmayıllı şəhərinin Yuxarıbaş məhəlləsindədəki şəhər klubunun binasında səyyar qəbul keçirib.

Qəbulda İcra Hakimiyyətinin başçısı sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyib. Sakinləri narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb.

Bu kimi görüşlər məhəlli problemlərin həllini sürətləndirməklə dövlət-vətəndaş məmnunluğu yaradır. Elə ona görə də səyyar görüşlər təyin olunduğu vaxtda, bütün yaşayış məntəqələrində, eləcə də İsmayıllı şəhərinin məhəllələrində diqqətlə qarşılanır və razılıqla bitir.

“İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir