Böyük ailəyə ağsaqqallıq edirəm. Övladlarımı böyüdüb boya-başa çatdırdığım illər çoxdan arxada qalıb. İndi nəvə-nəticənin qayğısını çəkir, onların uğurları ilə nəfəs alıram. Nəvələrimdən ikisi Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləridir.

Nəvəm Hüseyn Sadıqov məktəbin 9-cu sinfini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Məktəbinin tar şöbəsinə qəbul olunub. Bu il o da 11-ci cinfi bitirir.  İdmançı nəvəm Hüsniyyə isə bu il 9-cu sinfə keçib.

Sevincimə səbəb Hüseynin  oxuduğu məktəbə məzun kimi dəvət alması, məktəbdə keçirilən “Son zəng” tədbirində tarla çıxış etməsi, eləcə də Hüsniyyənin məktəbin idman şərəfini yüksək səviyyədə qorumasına görə Fəxri fərmanla təltif olunmasıdır. Hüsniyyə öz çəki dərəcəsində 3 qat Azərbaycan çempionudur.

Onu da qeyd edim ki, bu son zəng sıravi son zənglərdən biri olmayıb. Bu gözəl tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimovun iştirakı məktəbin təhsil uğurlarına verilən dəyərin aydın təzahürüdür. Belə bir gündə nəvələrim onları sevindirə bilibsə, mən də onların sevincinə şərik olub, onlara minnətdarlıq edirəmm.

Qeyd etdiklərimlə bərabər Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin rəhbərliyini, şəxsən Ramil Dadaşovu, eləcə də nəvələrimə, ümumilikdə məktəbin bütün şagird heyətinə göstərdikləri diqqətə, verdikləri təlim-tərbiyəyə görə dönə-dönə minnətdarlıq edirəm.

Söz yox ki, məktəbdə keçirilən bu möhtəşəm tədbirə görə sevinən tək mən deyiləm. Məzunları, onların müəllimlərini, valideynlərini ürəkdən təbrik edir, təhsilimizin inkişafında, ölkəmizin tərəqqisində əməyi olanların hər birinə xoş arzularla ağsaqqal xeyir-duası verirəm.

Cavanşir Sadıqov,

İsmayıllı şəhər sakini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir