İyunun 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi “18 may -18 iyun İnsan hüquqları aylığı” çərçivəsində məktəblilər və mərkəzdən bəhrələnən uşaqların iştirakı ilə Heydər Əliyev adına parkda “Mənim hüquqlarım, mənim gücümdür” adlı maarifləndirici görüş keçirilmişdir.
Tədbirdə şagirdlərə onların hüquqları barəsində məlumat verilib. Ölkəmizdə insan hüquqlarının qorunması və təbliğ olunması istiqamətində görülən işlərdən, qanunvericilik aktlarından danışılıb, şagirdlərə öz hüquqlarını bilməyin vacibliyi haqqında məlumat verilib, iştirakçıların ünvanladığı suallar cavablandırılıb.
“İsmayıllı xəbərləri”