10 may 2023-cü il tarixdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamamlandı.

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsinin Ağdam rayon 30 nömrəli tam orta məktəbin direktoru Sədi Nəzərov, məktəbin pedaqoji heyətinin nümayəndələri, şəhid Nicat Həsənquliyev və şəhid Həsən Abdullayevin valideynləri İsmayıllı rayonunun Qaçqın və Məcburi Köçkünlərin sektor müdiri Tahir Əliyev xalqın ümummilli lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin İsmayıllı rayonundakı abidəsini ziyarət ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. Ümumilli lideri yad etmək, onun ideyalarını yaşatmaq, siyasətinə sadiq qalmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Çünki onun yürütdüyü siyasəti davam etdirən Ali Baş Komandanımız Prezident cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, işğal altında olan torpaqlarımızı bizə qaytardı. Buna görə də hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevin söylədiyi bu sözləri unutmamalıdır. “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

Sədi Nəzərov,

Ağdam 30 nömrəli tam orta məktəbin direktoru

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir