Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşəbbüsü ilə ölkə ərazisində, bələdiyyə hüdudlarında mövcud olan qəbiristanlıqlarda mühafizə, abadlıq və təmizlik işlərinin aparılması məqsədi ilə 22 may 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək bələdiyyələr tərəfindən “Abad və təmiz qəbiristanlıq aylığı”nın keçirilməsi tövsiyə olunub.
Bu məqsədlə bələdiyyələrin həmin ay ərzində görəcəyi işlərə dair tövsiyə və cədvəllər Milli Assosiasiyalar tərəfindən hazırlanaraq bütün bələdiyyələrə göndərilib.
Keçirilən tədbir təkcə qəbiristanlıq ərazilərinin təmiz saxlanılmasını deyil, həm də dünyasını dəyişmiş insanların ruhlarına göstərilən ehtirama köklənmiş məqsəd kimi yerlərdə diqqətlə qarşılanıb.
Əhalinin kütləvi şəkildə bu təşəbbüsə qoşulması üçün yerlərdəki dini icma rəhbərlərinə və bələdiyyənin Məhəllə Komitələrinə vacib tapşırıqlar verilib.
İsmayıllı bələdiyyəsində bu işə artıq start verilib. Göstərilən müddət ərzində görülmüş işlər barəsində tövsiyələri ünvanlamış tərəfə dolğun məlumat çatdırılmalıdır.
Rayon bələdiyyələrinin keçirilən aylığa diqqətlə yanaşılacağına inanırıq.
Mehman Allahverdiyev,
İsmayıllı bələdiyyəsinin əməkdaşı