Bir ömür Azərbaycan xalqına və dövlətçiliyinə xidmətdə
10 may 2023-cü il tarixində müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da təntənəli tədbirlər keçirildi.
Həmin gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, rayonumuzun idarə və təşkilatlarının kollektivləri, rayon mərkəzində Ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzərək, uca tutulan ruhunu dərin ehtiramla yad etdilər.
Daha sonra dahi liderimiz Heydər Əliyevə həsr olunmuş tədbir baş tutdu. “Basqal Resort” otelində təşkil olunmuş rəsmi hissədən öncə tədbir iştirakçıları ilə ulu öndər Heydər Əliyevin İsmayıllı rayonuna tarixi səfərlərindən ibarət foto-sərgiyə baxış keçirildi. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətlərindən bəhs edən geniş və məzmunlu məruzəsi dinlənildi.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən “Əsrin adamı” adlı sənədli film nümayiş olundu. Tədbirlərdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin rəhbərliyi, eləcə də müəllim heyətinin bir qrpu iştirak etdi.
E.Ağayev